Almaniya müsəlmanları terror əleyhinə yürüş keçirəcək
Almaniya müsəlmanları təkfirçi terrorçu qrupların hərəkətlərini pisləmək məqsədilə iyunun 17-də Köln şəhərində “Sülh yürüşü” təşkil edəcəklər. Maide.info xəbər verir ki, minlərlə müsəlmanın iştirak edəcəyi etiraz yürüşü “Bizim adımızla yox” şüarı ilə təşkil olunacaq. Etiraz yürüşündən məqsəd İŞİD-in terror əməliyyatlarını psiləmək və terror qurbanlarının dərdlərinə şərik olmaqdır. Almaniyada məscid imamları,dini və siyasi müsəlman şəxsiyyətlər və elm adamları insanları yürüşdə aktiv iştirak etməyə çağırıb. Almaniyanın İslam və demokratiya inistitunuun rəhbəri Lamya Kadur deyib ki, təssüflər olsun ki, terror və zorakılıq İslam adı ilə baş tutur və müsəlmanların borcudur ki, sükutlarını pozsun və buna etiraz etsin. Müsəlmanlar etiraz etməklə göstərir ki,bu kimi terror və zorakılıqları törədənlərin dini yoxdur. (iqna)