Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb, ölənlər və yaralananlar var
Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb. APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, Almaniyanın Trir şəhərində qara rəngli "Range Rover" marakalı avtomobil piyadaların hərəkət etdiyi səkiyə sürülüb. Hadisə nəticəsində 2 nəfər həlak olub, 10-dan çox şəxs yaralanıb. Polis avtomobili dayandırmağa müvəffəq olub və sürücü saxlanılıb. Hadisənin motivi bəlli deyil. Polis vətəndaşları ərazidən uzaq durmağa çağırıb.