Almaniyada 'Ramazan çadırları'na hücum olub
Almaniyada Ramazan ayı üçün həyata keçiriləcək Festi Ramazan tədbiri üçün qurulan çadırlara irqçi hücumlar həyata keçirilib. Çadırlara naməlum şəxslər tərəfindən nasistlərin simvolu olan qamalı xaç işarəsi çəkilib. Maide.Az "FaktXeber"ə istinadən xəbər verir ki, hadisə Almaniyanın Dortmund şəhərində baş verib. Artıq hadisə ilə əlaqədar istintaqa başlanılıb. Tədbirin təşkilatçılarının sözlərinə görə, hücum iki gün dalbadal həyata keçirilib. ZXaç işarəsindən əlavə çadırlara əlavə zərərlər də vurulub.