Maide.az

Almaniyada qaçqın düşərgəsində iğtişaş: 23 yaralı

Almaniyanın Zul şəhərində qaçqın düşərgəsində baş vermiş iğtişaşlar nəticəsində 17 nəfər xəsarət alıb.   BBC-nin verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları hücuma məruz qalıblar, 6 asayiş keşikçisi yaralanıb.   Ekspertlərin rəyinə görə, ardı-arası kəsilməyən qaçqın axını həm qaçqın düşərgələrində, həm də cəmiyyətdə gərginliyin artmasına səbəb olub.   İlkin məlumata əsasən, bu il Almaniyada sığınacaq almaq istəyən əcnəbilərin sayı 750-800 min nəfərədək çata bilər. apa/