Almaniyada nüvə stansiyasının kompüterlərinə virus hücumu olub
Almaniya KİV-ləri bu ölkənin Bayern əyalətində Qundremminqen şəhərindəki Atomo Elektrik Stansiyasının kompüter sistemlərinə virus hücumu olduğunu xəbər veriblər. Maide.Az xəbər verir ki, bu AES Munix şəhərinin 120 kilometr şimal-qərbində yerləşir. RWE şirkəti elan edib ki, hücum edilən virus “Conficker” və “W32.Ramnit” viruslarıdur ki, stansiyanın B bölmələrinin birinin kompüterində tapılıb. “W32.Ramnit” virusu əsasən qovluqları kompüterdən oğurlamaq məqsədi ilə yaradılmış virusdur. Bu növ virus ilk dəfə 2010 –cu ildə kəşf olunub və hücum edən şəxsə ələ keçirdiyi kompüteri idarə etmək imkanı yaradır. Conficker virusu ilk dəfə 2008 –ci ildə müşahidə olunub. İndiyədək dünyada milyonlarla kompüterə hücum edib. Məlumata görə, AES-in kompüterləri internetə qoşulmadığı üçün stansiyanın işində porblem yaranmayıb.