Almaniyada iki qatar toqquşub: 8 nəfər ölüb, 150 nəfər xəsarət alıb
Maide.az xəbər verir ki, Almaniyada iki qatar toqquşub. Bad-Ayblinq şəhəri (Bavariya regionu) yaxınlığında baş verən qəza nəticəsində 8 nəfər ölüb, 150 nəfər yaralanıb. Qatarlardan birinin relsdən çıxdığı güman olunur. Hadisə yerində çoxlu sayda tibbi yardım briqadaları və xilasedicilər işləyir.