Almaniyada hicab şəhidəsi Mərvənin xatirəsi anılıb
Almaniyanın Drezden şəhər əhalisi və müsəlmanlar və bu şəhərdə, hicabı naminə mübarizə aparmış və bir ekstremist tərəfindən qətlə yetirilmiş Mərvə əl-Şərbinin şəhadətinin 8-ci ildönümü münasibəti ilə anım mərasimi keçirib. Maide.Az xəbər verir ki, Drezden şəhərinin əcnəbilər şurasının təşkilatçılığı ilə şəhid Mərvə Şərbinin anım mərasimi keçirilib. Mərasimdə vurğulanıb ki, bu gün irqçilik əleyhinə və qadın hüquqları xüsusi ilə müsəlman qadınların hüquqlarının qorunması uğrunda mübarizə gününə çevrilib. Xatırladaq ki, 2009-ci ilin iyul ayında Almaniyanın Drezden şəhərində, irqçi davranışlarına görə Aleks adlı alman vətəndaşını məhkəməyə verən Mərvə Şərbini, məhkəmə zalında həyat yoldaşının və uşağının gözü qarşısında həmin islamofob tərəfindən 18 bıçaq zərbəsi alaraq, şəhid olmuşdur. Bu hadisə dünyada müsəlmanların narahatlığı və etirazına səbəb oldu. Bir çox ölkələrdə hər il bu günahsız qadının qətli münasibətilə anım mərasimləri, konfranslar və müzakirələr təşkil olunur.