Maide.az

Almaniyada avtomobil məsciddən çıxanları əzdi - Yaralılar var

Almaniyanın Altena şəhərində kiçik yük maşını məsciddən namazdan çıxanları əzib.   Maide.Az "Shafaqna"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 türk yaralanıb.   Yaralılar arasında Dini İşlər Türk İslam Birliyinin rəsmi şəxslərinin də olduğu bildirilir.   Xəsarət alanlar helikopterlə xəstəxanaya yerləşdiriliblər.   Hadisənin terror aktı olub-olmadığı araşdırılır.