Maide.az

Almaniyada aviareyslər təxirə düşdü

Berlinin iki hava limanında yerüstü nəqliyyat xidməti əməkdaşlarının keçirdiyi tətil səbəbindən həmin aeroportlarda 130-dan çox reys təxirə salınıb.   Almaniya paytaxtında “Tegele” hava limanında 112, “Şenefelde” hava limanında 22 reys təxirə salınıb.   Tətildə bir neçə nəqliyyat xidmətinin 2 mindən çox əməkdaşı iştirak edir.   Həmkarlar İttifaqı bu sahədə çalışan işçilərin əmək haqqının artırılmasını və karyera artımı imkanının yaradılmasını tələb edir. (trend) /