Maide.az

Almaniyada ‘Məhəmməd’ ən çox üstünlük verilən addır

Almaniya üçün Dil Cəmiyyəti (Gfds) 2019-cu ildə ölkədə doğulan körpələrə verilən adlara dair statistik göstəricilərini açıqlayıb.   Maide.Az xəbər verir ki, hesabata görə, Berlin əyalətində 2019-cu ildə doğulan 21 min 622 uşaqdan 283-ünə "Məhəmməd" adı verilib.   Bremen əyalətində də ötən il doğulan 5 min 277 uşaqdan 74-nə "Məhəmməd" adı qoyulub.   Beləliklə 2019-cu ildə iki əyalətdə "Məhəmməd" adının uşaqlara ən çox verilən ad olduğuna diqqəti çəkilib.   "Məhəmməd" adı ayrıca Hessen əyalətində də ən çox üstünlük verilən adlar arasında 3-cü, Saarland əyalətində də 8-ci sırada yer alıb.   Ümumilikdə Almaniyada ən çox üstünlük verilən adlar siyahısında "Məhəmməd" 21-ci, "Əli" 73-cü və "Malik" 76-cı olub.   Qız uşaqlarına ən çox verilən adlar siyahısında "Leyla" 56-cı, "Amirə" 91-ci və "Əlif" 94-cü olub.   Siyahıya görə, ölkə daxilində 2019-cu ildə qız uşaqlarına ən çox "Hanna", oğlan uşaqlarına isə "Nuh" adı verilib.