Almaniyada ‘Aşura’ konfransı keçirilib
Avropa ölkələrində gənc nəsilinə İmam Hüseyn (ə) və onun qiyamını tanıtmaq üçün ötən gün Almaniyada “Aşura” konfransı keçirilib. Maide.Az İQNA-a istinadla xəbər verir ki, konfrans Almaniyanın Nürnberq şəhərində Almaniyanın Humanitar və İslam Elmləri İnstitutunun prezidenti Huccetul Islam Muhammad Muhammad Rezevi Radın iştirakı və çıxışı ilə baş tutdu. Konfransa gənclər, institute tələbələri və Əhli-beyt (ə) sevərlər iştirak edib.