Maide.az

Allahın evi də sökülərmi heç? - ŞEİR

Nəinki, sökməyi, hətta bir ədəd Daşını yerindən qaldırmaq olar? Bir ev ki, Allahın evi sayılır, Divarın, qapısın sındırmaq olar?   Ora ancaq hörmət bəsləmək olar, Tozun təmizləmək, çirkini silmək, Xalçasın süpürmək, pərdəsin yumaq, Orada oturub üzü qibləyə, Rəbbinin evinin qonağı olmaq, İxlas, təvazöylə gedib səcdəyə, İstiğfar eyləmək, şükran eyləmək...   Allahın evi də sökülərmi heç... Göydəki ulduzlar yerin üzünə, Necə işıq saçır, nur saçırsa bil, Məscid də göyləri nura qərq edir Ulduz tək parlayır səmada yəqin!   Allahın evi də sökülərmi heç? Daşın daş üstündən qaldırmaq olar? Hörmətsiz, sayğısız davranışlarla Məscidin ürəyin sındırmaq olar?   Məscid – insanların hidayət yeri, Məscid – pakizəlik nümunəsidir İnsanı Allaha yaxınlaşdıran Səmada ucalan azan səsidir...   Allahın evi də sökülərmi heç? Azanın səsini kəsmək olarmı? Bir səs ki, bir ev ki, məqsədi yalnız İnsanın bəndəlik missiyasıdır...   Allahın evi də sökülərmi heç? Kiminsə namazın kəsmək olarmı? Günahlar müxtəlif, günahlar fərqli Kimsə günah edir, özün yandırır Kimsə də Allahın evini söküb, Mömünün qəlbinin közün yandırır...   İnsanı öldürmək günahı qədər Allahın evini sökmək günahdır Məscidi olmayan bir cəmiyyətin Sabaha çıxması böyük sualdır.   Məscidi olmayan bir cəmiyyətin Qarabağ adında dərdi olarmı? Məscidin sökülən divarı, sökülən daşı Bizə Qarabağın qeyrət daşıdır. Məscid sökülməyi adiləşəndə Bir gün Xocalı da adiləşəcək...   Allahın evi də sökülərmi heç? Hələ deyilişi dəhşət gətirir, Məscidsiz cəmiyyət, məscidsiz vətən, Sabahı qaranlıq, zülmət gətirir... Allahın evi də sökülərmi heç... Allahın evi də sökülərmi heç ... Allahın evi də sökülərmi heç?!   Xəyalə Quliyeva (deyerler.org)