Ali Xəlifə rejimi Bəhreyn Əhli-Beyt (ə) alimlərindən Seyyid Ələvi Əl-Musəviyə qarşı ağır işgəncələr verdi
Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasimin hər vaxt yanında olan və müşayət edən Seyid Ələvi Əl-Musəviyə qarşı həbsxanada işgəncələr verilib. Seyid Ələvi Əl-Musəvinin həbsxanada üzləşdiyi işgəncələrə görə səhhətinin ağır olduğu bildirilir. Seyid Əl-Musəvi 2016-cı ilin 24 oktyabr tarixində həbs olunmuşdur və onu bu günə qədər ailəsiylə hətta bir dəqiqə belə olsun əlaqə saxlamasına və görüşməsinə icazə verilməmişdir. Bəhreyn "əl-Merac" xəbər saytı Bəhreyn rejiminin Seyid Əl-Musəvinin şəhid ola biləcəyi qorxusu ilə onu bir neçə dəfə xəstəxanaya apardıqlarını bildirib. (deyerler) /