Ali Səud və Ali Xəlifə rejimləri əleyhinə aksiya keçirilib- FOTO
Bu gün İranın bütün şəhərlərində cümə namazından sonra Ali Xəlifə və Ali Səud rejimlərini insanlıqdan kənar hərəkətlərinə etiraz əlaməti olaraq geniş miqyaslı aksiyalar keçirilib. Maide.Az İranın MEHR agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları “Ali Səuda ölüm olsun” , “Ali Xəlifəyə ölüm olsun” şüarları səsləndiriblər. Aksiya iştirakçıları Ali Səud və Ali Xəlifə rejim cinayəıtlərini pisləyiblər. Onlar Bəhreyn və digər müsəlman ölkələrindəki məzlum xalqları dəstəklədiklərini bildiriblər. Mina faciəsində şəhid olanların xatirəsini əziz tutublar. Paytaxt Tehranda da Tehran Universitetindən Fələstin meydanı istiqamətində yürüş təşkil olunub və Ali Səud rejiminin cinayətləri pislənilib.