Ali Rəhbər Məhkəmə Sisteminin sədri və rəsmiləri ilə görüşüb - FOTO
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Ayətullah Şəhid Behiştinin şəhadət ildönümü və Məhkəmə işçilərinin həftəsi münasibətilə Məhkəmə Sisteminin sədri, məsul işçiləri, ölkənin bütün məhkəmələrinin sədrləri ilə görüşüb. Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, Məhkəmə Sistemində böyük dəyişiklərin zərurətindən danışan Ali Rəhbər bildirib ki,Məhkəmə hakimiyyəti İslram Respublikasında yeni inşa olundu, İnqilabdan öncəki ilə əsaslı fərqləri var idi. “Bu fidan hər gün inkişaf etdi və indi də yeni dövr başlayıb və yeni dövrdə Məhkəmə hakimiyyətində dəyişikliklər baş verməlidir. Dəyişikliyin anlamı budur ki, İslam, Quran və İslam Respublikası qaydalarına əməl etməli və dəyərlərə çatmaq üçün yeni və təsiredici metodlar kəşf etməli və istifadə etməlisi. Nöqsanlar və problemləri isə aradan qaldırmalısız.” Dəyişiklik etmək üçün proqramın lazım olduğunu vurğulayan Ali Rəhbər yeni sədr proqram hazırlayıb və bu proqramın icrası üçün işləmək lazımdır. Elə edin ki, bir müddət sonra Məhkəmə Sistemində dəyişikliyin olduğu hiss olunsun.