Maide.az

Alimlərdən həyəcan TƏBİLİ: “Energetik içkilər ürək üçün çox təhlükəlidir”

ABŞ alimləri energetik içkilərin tərkibində kofein olan digər içkilərdən daha təhlükəli olduğunu müəyyən edib.   Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Kardiologiya Assosiasiyası açıqlama verib.   Onların fikrincə, energetik içkilər QT (ürəyin elektrik sistolu) intervalını 2 saatda 10 millisaniyə ötür. “Bu müddətdə ürək qeyri-normal döyünür. Nəticədə aritmiya sağlamlığa təhlükə törədir”.   Amerikalı alimlər çoxsaylı təcrübələrdən sonra energetik içkilərdən çox istifadə etməməyi məsləhət görüb.