Alimlər gələcək uşağın intellektini artıran məhsulların adını açıqlayıb
Kanadanın Albert Universitetinin alimləri gələcək uşağının intellektini artıran məhsullarının adını açıqlayıb. FaktXəbər-in məlumatına görə, mütəxəssislər bildirirlər ki, əgər qadın hamiləlik dövründə meyvə yeyərsə, onun gələcək uşağının intellekti orta səviyyəsindən yuxarıı olacaq. Lakin, onların fikrincə, burada da analar diqqətli olmalıdır. Meyvələrdən həddindən artıq istifadə gələcək analarda diabet xəstəliyinə, bətndə olan uşaqlarda isə artıq çəkiyə səbəb ola bilər. /