Maide.az

Ali məktəblərə və kolleclərə ərizə qəbulu başlayır

Dövlət İmtahan Mərkəzinin (DİM) əvvəlcədən elan etdiyi kimi, bu gündən – 16 martdan 2020/2021-ci tədris ili üçün ali məktəblərə və 11 illik təhsil bazasından kolleclərə ərizə qəbulu başlamalıdır.   Modern.az xəbər verir ki, DİM-in bir müddət öncə yaydığı məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün (I – V qruplar) ərizə qəbulu 2020-ci il martın 16-dan aprelin 14-dək internet vasitəsilə aparılacaq.   11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 16-dan aprelin 14-dək aparılacaq.   Qaydalara görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər.