Ali Lider ayətullah Xamenei: `İŞİD böyük ağacın yalnız bir budağıdır `
İslam İnqilabının rəhbəri, Ali Lideri ayətullah Seyid Əli Xamenei bu gün Tehranda “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən beynəlxalq konfransın nümayəndələri ilə görüşüb. Ali lider son illərdə təkfirçi cərəyanların İslam dünyası üçün qondarma bir problem olaraq yaradıldığını bildirib: “Təkfirçi cərəyanların kökünü kəsmək üçün elmi və məntiqi baxımdan güclü bir hərəkat yaratmaq, bu dirçələn cərəyanlarda imperialist siyasətlərin rolu haqda xalqı maarifləndirmək, İslam dünyasının əsas problemi kimi Fələstin məsələsində ciddi səylər göstərmək İslam alimləri və mütəfəkkirlərin qarşısında duran ən prioritet və mühüm məsələdir. Bölgədəki müsəlmanların mübarizəsinin ön planında Fələstin məsələsi idi. Amma təkfirçi cərəyanlar bu istiqaməti dəyişib onu İraq, Suriya Pakistan və Liviyaya daşıdılar və bu təkfirçilərin bağışlanılmaz bir cinayətidir. Bu təhlükəli cərəyanları dayandırmaq üçün onları qidalandıran vasitələrin qarşısını hərtərəfli almalıyıq, çünki İŞİD böyük bir ağacın yalnız bir “budağıdır”. Təkfirçi cərəyanlar və onları dəstəkləyən hökumətlər imperialistlərin məqsədlərini həyata keçirirlər, yəni ABŞ-a, Avropanın müstəmləkəçi dövlətlərinə və sionist rejimə xidmət edirlər. İslami oyanış hərəkatı Qərb imperializmi, despotizm və ABŞ-ın əlində oyuncaq olanlara qarşı idi. Lakin təkfirçi cərəyanların anti-imperialist hərəkatı müsəlmanlar arasında tayfa və qardaşlıq müharibəsinə çevrilib”.