Ali-Xəlifə rejimi bəhreynli gəncləri həbs edir
Bəhreyndə Ali-Xəlifə rejiminə bağlı qüvvələr paytaxt Manamanın qərbində 6 gənci həbs ediblər. Maide.az xəbər verir ki, Bəhreynin Əl-Lolo telekanalı bildirib ki, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bazar günü Diraz məntəqəsində evlərə hücum edərək, 6 bəhreynli gənci həbs ediblər. Diraz məntəqəsi inqilabçı gənclər hərəkatı bildirib ki, Ali-Xəlifə rejim qüvvələri insanların evlərinə daxil olaraq, insanlar arasında qorxu və dəhşət hissi yaradıblar. Həbs olunanlar naməlum istiqamətə aparılıblar, onların taleyi ilə bağlı xəbər yoxdur. /