AKP-nin binasına hücum edildi
Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) bölgə nümayəndəliyinin binasına hücum təşkil edilib. Türkiyənin Tunceli vilayəti Pertek rayonunda AKP-nin rayon nümayəndəliyinin binasına ötən gün gecə saatlarında üzü maskalı naməlum qrup molotovla hücum edib. Eyni zamanda, digər bir səmtdə yerləşən çay evinə və 2 restorana da molotov atılıb. Güman edilir ki, hücumları həyata keçirənlər eyni qrupun üzvləridir. Hücumlar zamanı Pertek bələdiyyə binası, AKP rayon təşkilatı binası və 5 başqa binaya zərər dəyib. ans /