Maide.az

Akif Çovdarovun şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun apellyasiya şikayətinə baxılıb.   APA-nın məlumatına görə, martın 7-də keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.   Qeyd edək ki, martın 4-də Səbail rayon Məhkəməsinin qərarı ilə A. Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğv edilməsi istənilib.    A. Çovdarov ötən il noyabrın 15-də həbs edilərək barəsində Səbayel rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.   O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.