Maide.az

Akif Nağı polisə aparılıb

QAT sədri Akif Nağı bu gün Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.    Bu barədə “Musavat.com”-a Qarabağ Azadlıq Təşkilatından məlumat verilib.    Akif Nağı nə üçün polisə aparıldığı ilə bağlı heç nə deyilməyib. Güman olunur ki, bu, QAT-ın erməni idmançılarının Birinci Avropa Oyunlarında iştirakına etiraz aksiyaları ilə bağlıdır.    A.Nağı özü isə əməkdaşımızın telefon zənginə cavabında “Polisə gedirəm, hələ heç nə məlum deyil” deməklə kifayətlənib./