Maide.az

Şagird yerdəyişməsi elektronlaşdırılır

Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.    Maide.Az Təhsil Nazirliyindən verilən məlumata görə, bu istiqamətdə görülən işlərlə əlaqədar avqustun 1-dək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.   Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.