Maide.az

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salındı

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır   Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.   Bildirilib ki, elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.