Maide.az

Ağ Ev: `İŞİD Suriyada 20 faiz İraqda isə 50 faiz işğal etdiyi əraziləri itirib`

ABŞ prezidenti Barak Obamanın qlobal koalisiya üzrə xüsusi nümayəndəsi bəyan edib ki, İŞİD terror qruplaşması Suriyada işğal etdiyi ərazilərin 20 faizini, İraqda isə 50 faizini itirib.   Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, bu ana qədər İŞİD terror qruplaşmasının 100-dən çox lideri öldürülüb.   "Biz 40 min nəfərdən ibarət terror qruplaşmasına qarşı mübarizə aparırıq. Hal-hazırda onlar işğal etdiyi ərazilərin böyük hissəsini itiriblər", - deyə o bildirib.