Maide.az

ADNA-da törədilən dəhşətli qətliamın ildönümüdür

Düz 10 il bundan qabaq - 30 aprel, 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dəhşətli qətliam törədilib.   Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Qətliam nəticəsində 13 nəfər həlak olub, 10 nəfər yaralanıb ki, yaralılardan 3-ü xarici vətəndaş olub (ikisi Sudan, biri isə Suriya".   Hadisəni Gürcüstan vətəndaşı, Marneuli sakini, 29 yaşlı Fərda Əsəd oğlu Qədirovun törətdiyi təsdiq olunub. O, hadisəni törətdikdən sonra özü-özünü güllələyib.   Çoxsaylı ölkələrin dövlət və hökumət başçıları baş vermiş faciədən dolayı Azərbaycan Prezidentinı başsağlığı veriblər.