Maide.az

Ağdam sakini kəsdiyi ağacın üstünə düşməsi nəticəsində ölüb

Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, noyabrın 24-də Ağdam rayon sakini Mütalif Məmmədov Oğuz şəhəri ərazisindəki meşə sahəsində kəsdiyi ağac üzərinə düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.   Faktla bağlı araşdırma aparılır. /