Maide.az

Ağdamda məsciddən oğurluq edilib

Ağdamda məsciddən oğurluq edilib.     APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xındırıstan kənd məscidində qeydə alınıb.   Məscidə pəncərədən daxil olan şəxs və ya şəxslər oradan 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlayıb.   Hadisə yerində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib. Faktla bağlı araşdırma başlanıb.