Ağdamda bir ailənin 6 üzvü tortdan zəhərlənib
Ağdamda altı nəfər tortdan zəhərlənib. Rayonun Xındırıstan kəndində tort yedikdən sonra halı pisləşən Babayevlər ailəsi üzvləri Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlar 1949-cu il təvəllüdlü Nazim Babayev, 1953-cü təvəllüdlü Nailə Babayeva, onların oğlu Babayev Ramil Nazim oğlu, R. Babayevin uşaqları - 13 yaşlı Nəzrin, 11 yaşlı Nailə və 7 yaşlı Orxandır. Həmin şəxslərin vəziyyəti ağırdır. (apa) /