Maide.az

Ağdamda atışma başladı

Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar.    ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini ara-sıra atəşə tutublar.   Ağdamın Çıraqlı kəndi hazırda atəşə tutulur. Atışma zamanı avtomat silahlardan istifadə olunduğu bildirilir.    Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb.    İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan yoxdur.    Bu dəqiqələrdə tərəflər arasında yenə də atışma gedir. Düşmən cavab atəşi ilə susdurulur.