Maide.az

Ağdamda 72 ev dağıdılıb, 5 ev tamamilə yanıb

Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonda dağıdılan ev və obyektlərin siyahısı hazırlanıb.  Bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.   İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda dağıdılan ev və binaların sayı 75-dir.   Hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir:   – tam yandırılan evlərin sayı – 5   – tam dağıdılan evlərin sayı – 30   – atəş zərbəsindən zərər çəkən evlərin sayı – 37   İcra başçısı bildirib ki, bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəliyi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.