Maide.az

Ağdaşda fəhləyə qarşı qeyri-insani hərəkət - VİDEO

Ağdaş rayonunda fəhlələrə qarşı qeyri-insani münasibət qeydə alınıb.   Belə ki, rayon mərkəzinin təmizliyinə məsul işçilərin öz işlərini görməyi azmış kimi, onlara traktor qoşqusu da qoşulur. Videodan da aydın görünür ki, yaxınlıqda traktor ola-ola qoşqunu fəhlələr dartırlar. Adlarının açıqlanmasını istəməyən fəhlələr bildiriblər ki, bu "yeniliyi" yanacağa qənaət etmək üçün ediblər:   "Rəhbərlik deyib ki, yanacağa qənaət edin. Ona görə qoşqunu özümüz dartırıq".   Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


ölkə.az