ABŞ xaker hücumları üçün sualtı qayıqlardan istifadə edir
ABŞ öz sualtı qayıqların köməyi ilə digər ölkələrə qarşı haker hücumları həyata keçirir. FaktXəbər-in məlumatına görə, bu barədə "The Washington Post" qəzeti ABŞ HDQ-nin nümayəndələrinə istinadən yazıb. Qəzetin məlumatına görə, hazırda sualtı qayıqlar üzərinə digər insanların, şirkətlərin və hətta ölkələrin rabitə trafikinin ələ keçirilməsi üçün xüsusi texnologiya ilə hazırlanmış anten quraşdırılır. Həmçinin məlumatda qeyd edilib ki, kiberhücum həyata keçirmək ondan qorunmaqdan daha asandır. /