Maide.az

ABŞ və NATO qüvvələri Əfqanıstandakı aviabazadan çıxıb

ABŞ hərbçiləri daxil olmaqla NATO qüvvələri Əfqanıstanın Pərvan əyalətinin Baqram şəhərindəki aviabazanı tərk edib.   Bu barədə iyulun 2-də ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.   “Koalisiya qüvvələrinin hamısı Baqramı tərk edib”, - nazirlikdən bildirilib.   Lakin aviabazanın Əfqanıstan Silahlı Qüvvələrinin istifadəsinə veriləcəyi tarix açıqlanmayıb.   Qeyd edək ki, ABŞ başda olmaqla NATO bu ilin mayından qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Rəsmi Vaşinqton bu prosesi 2021-ci il il sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır. /Report/