ABŞ və Avropa ölkələri Təl-Əvivə uçuşları dayandırdı
Avropa İttifaqının (Aİ) Aviasiya Təhlükəsizliyi Agentliyi ötən gün Aİ-nin bütün hava yolları şirkətlərinə məsləhət görüb ki, Fələstinin işğal olunmuş ərazisində (Tel-Əvivdə) yerləşən Ben-Gurion hava limanına uçuşları ikinci bir xəbərdarlığa qədər dayandırsın. Maide.az-ın Fransa xəbər agentliyinə istinadən məlumatına görə,İslami Müqavimət hərəkatının atdığı raket ötən gün Ben-Gurion hava limanı yaxınlığına düşüb. Bu raket hücumundan sonra Aİ Avasiya Təhlükəsizliyi Agentliyi belə bir qərar qəbul edib. Qeyd edək ki, ABŞ, Fransa , Belçika, Almaniya, Hollandiya, Avstriya, İsveçrə , Kanada, İrlandiya və Avstraliya ölkələrinin hava yolları şirkətləri artıq Təl – Əvivə uçuşlarını dayandırıblar. /