Maide.az

ABŞ Suriya dövlətini məhv etmək istəyir”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Suriyanı çökdürmək üçün planlar hazırladığını bildirib.   Maide.az İslam.ru-ya istinadən xəbər verir ki, o, ABŞ-ın qərbli şərikləri ilə birlikdə terrorçuların adlarını dəyişərək yeni terror təşkilatları ortaya çıxarmağa çalışdığını deyib:   “Onlar hazırda B planı kimi Suriyada hakimiyyəti dəyişməyə can atırlar. Müxtəlif mənbələrdən əldə edilən məlumatlar bu planların həqiqi olduğunu sübut edib”, - deyə Lavrov sözlərinə əlavə edib.