Maide.az

ABŞ Səudiyyənin hərbi inkişafı üçün 100 milyard ayırdı

Amerika Səudiyyə Ərəbistanını yeni müharibələrə soxmaq məqsədilə 100 milyard asanlaşdırılmış kredit ayırması ilə bağlı məlumatlar yayılıb   Ağ Evin yüksək rütbəli məmurlarından birinin verdiyi açıqlamada ABŞ-ın Ərəbistanın müdafiə sistemini möhkəmlətmək məqsədilə bu ölkəyə 100 milyard dollar asanlaşdırılmış kredit verdiyini bildirib.   ABŞ-ın bu addımı bir çox politoloqları Trampın Ərəbistan səfərinin ciddi təsirlərə sahib olacağı qənaətinə gəlmələrinə səbəb olub.   Adının açıqlanmasını istəməyən Ağ Ev məmuru bildirib: “Trampın Ərəbistana səfəri və ərəb ölkələri başçılarıyla görüşü Rusiyanın Yaxın Şərqdə olan nüfuzunun qarşısının alınması üçündür. Bu səfər, Trampın Rusiyanı Yaxın Şərqdən uzaqlaşdırmaq üçün Vladimir Putinə ilk zərbəsidir”. (islamazeri) /