ABŞ, Rusiya və İrandan Türkiyədəki hadisələrə reaksiya
Türkiyədə baş verən haadisə ilə bağlı ilk açıqlama ABŞ-dan gəlib. ABŞ dövlət katibi Con Kerri məsələ ilə bağlı bunları deyib: “Türkiyə üçün sabitlik, sülh və davamlılıq ümid edirəm”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Türkiyədə baş verən hərbi çevrilişi şərh edib. Rusiya KİV-lərinin verdiyi xəbərə görə, Lavrov qeyd edib ki, istənilən halda qanlı toqquşmalara imkan vermək olmaz. "Qan axıdılması ilə nəticələnəcək istənilən qarşıdurmadan çəkinmək lazımdır. Bütün məsələlər konstitusiyaya meydanında həll edilməlidir", - deyə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib. Iranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də öz Twitter səhifəsində Türkiyədə baş verən hadisələrə görə narahatlığını ifadəedib və deyib ki, Türkiyədə sabitlik, demokratiya və xalqın təhlükəsizliyinin təmini çox önəmlidir.