Maide.az

ABŞ İraqda ən böyük hərbi bazasını tikir

ABŞ hazırda İraq ərazisində ən böyük hərbi  bazasını tikir.  Bunu İraq təhlükəsizlik qüvvələrindən adını açıqlanamasını istəməyən mənbə  bildirib.    Maide.Az  “alkawthar” xəbər saytına istinadən xəbər verir ki,  ABŞ-ın yeni tikəcəyi hərbi baza  Mosulun cənubunda  “Əl-Qəyarə” bölgəsindədir.    Hazırda ABŞ öz hərbi texnikasını bu  bazaya yerləşdirib və bazada yenidənqurma işləri həyata keçirir.     Qeyd edək ki, İraq siyasətçiləri  ABŞ-ın  bu ölkədə varlığının əleyhinədir.    Onlar İŞİD-in məhv olduğunu və Birləşmiş Ştatların hərbiçilərinin ölkə ərazisində qalması üçün hər hansı bir bəhanəsinin olmadığını vurğulayır və ABŞ hərbiçilərinin İraqdan çıxmasını tələb edirlər.