Maide.az

Şabranda sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb, yaralılar var

Şabran rayonunda sənişin avtobusu yük maşını ilə toqquşub.   "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Qəndab-Yalama avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.   Xaçmaz-Şabran sərnişin avtobusu "Ford" markalı yük maşını ilə toqquşub və avtobus aşıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Yaralıların olduğu bildirilir. /