Maide.az

ABŞ qırıcıları Hələb yaxınlığına hücum etdi, 42 dinc sakin həlak oldu

ABŞ hərbi hava qüvvələri tərəfindən Suriyanın Hələb şəhərinin qərbindəki Etarib mahalının Cina kəndindəki məscidə namaz vaxtı endirilmiş hava zərbəsi nəticəsində azı 42 nəfər dinc sakin həlak olub.   Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ABŞ hərbi qüvvələrinin hücumu zamanı məsciddə təqribən 300 nəfər olub. ABŞ ordusu bəyanat yayaraq iddia edib ki, hərbi döyüş təyyarələri Əl-Qaidə qruplaşma başçılarının toplantısını bombalayıb.    Lakin əldə olunan məlumata görə, Əl-Qaidə qruplaşmasının başçılarının toplandığı bina məsciddən 15 metr aralıda olub.    ABŞ Ordu komandalığı həmçinin elan edib ki, məscidin bombalanmasına dair xəbərlər araşdırılacaq.