Maide.az

ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

Ağ ev elan edib ki,  ABŞ prezidenti Donald Tramp  may ayının ikinci yarısında İşağlçı İsrailə və  Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək.    Maide.info beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,  ekspertlər bildirir ki, D.Trampın  ilk xarici səfəri ABŞ-ın yeni hökumətinin  proritetlərinin göstəricisidir.  Heç təccüblü deyil ki, D.Tramp  ilk səfərini Fələstinin işğal olunmuş ərazilərinə edəcək və  işğalçı rejim rəsmiləri ilə görüşəcək.  İsrail – Fələstin münaqişəsi  D.Trampın  iş başına gəlməsi və onun işğalçı rejimə verdiyi dəstəklərin ardınca dahada gərginləşib.    D.Tramp ilk xarici səfəri çərçivəsində həmçinin  Vatikan və  Brüsselə baş çəkəcək. Səfər may ayının 25-də başa çatacaq.    D.Trampa yaxın rəsmilərdən biri elan edib ki, ABŞ prezidentinin Səudiyyə Ərəbistana səfərindən məqsədi  “ifratçılıqla  mübarizəni artırmaq və İranın dahada küncə sıxışdırmaqdır”