Maide.az

ABŞ prezidentinin Böyük Britaniyaya səfəri gözlənilir

ABŞ prezidenti Donald Trampın cari ilin dekabrında Böyük Britaniyaya səfəri gözlənilir.   Maide.Az "azərtac"a istinadla xəbər verir ki, Tramp NATO-nun yaranmasının 70-ci ildönümü münasibətilə Londonda keçiriləcək tədbirə qatılacaq.   NATO-nun baş katibi Jens Stoltenberq yubiley tədbirində müttəfiqlərlə bir sıra vacib məsələləri müzakirə edəcəklərini söyləyib.   Baş nazir Tereza Mey deyib: “Böyük Britaniya NATO-nun qurucu üzvlərindən biridir və mən çox şadam ki, baş katib yubileyi qeyd etmək üçün liderlərin toplantısını bizim ölkədə keçirmək istəyib”.