Maide.az

ABŞ prezidenti Donald Tramp koronavirusa yoluxub

ABŞ prezidenti Donald Tramp və xanımı Melanya Tramp yeni növ koronavirusa (COVİD-19) yoluxublar.   Bu barədə D.Tramp öz "Twitter" səhifəsində yazıb.   ABŞ prezidenti bildirib: "Bu gün axşam ABŞ-ın birinci xanımı və mən koronavirus testindən keçdik, nəticələr müsbət oldu. Biz dərhal karantinə və sağalma prosesinə başlayacağıq. Biz bundan birlikdə keçəcəyik!". /Trend /