Maide.az

ABŞ ordusu İŞİD-lə mübarizə aparmaq üçün İraq ərazisinə yeridilə bilər

ABŞ Quru Qüvvələrinin Qərargah rəisi Reymond Odierno rəsmi Bağdadın yaxın aylarda İŞİD-lə mübarizədə uğur əldə edə bilməyəcəyi halda, İraqa ABŞ qoşunlarının yeridilməsi məsələsini nəzərdən keçirməyi təklif edib.   R.Odierno ABŞ ordusunun İŞİD-ə qarşı döyüşlərdə əsas deyil, köməkçi qüvvə qismində iştirakının mümkün olduğunu bildirib.   Qeyd edək ki, 60 yaşlı general 2008-ci ildən 2010-cu ilədək İraqda beynəlxalq koalisiya qüvvələrinə rəhbərlik edib.   Hazırda İraqda olan 4500 amerikalı hərbçi yerli hərbçilərə təlim keçir.