ABŞ müsəlmanları ‘Vəhdət’ yürüşü keçirdi
ABŞ-ın Nyu-York şəhərində İslam ümmətinin vəhdəti və Kəşmirə dəstək məqsədilə müsəlmanlar izdihamlı yürüş keçirib. Maide.Az İQNA-a istinadla xəbər verir ki, yürüş sentyabr ayının 22-də təşkil olunub və yürüşdə üç mindən çox insan iştirak edib. 35-ci "İslami Vəhdət" yürüşünün keçirilmə komitəsinin rəisi Fariz Fəyyaz bu barədə deyib: Bu yürüşdə hədəfimiz müsəlmanların əldə etdikləri nailiyyətləri, qardaşlığımızı, müxtəlif növ mədəniyyətimizi, öz mədəniyyətimizə bağlılığımızı və dinamik inkişafımızı hamıya göstərməkdir. Yürüşdə iştirak edən və əslən Fil Dişi Sahilindən olan Adamz Fufana vurğulayıb: Altı ildir ki, bu yürüşdə iştirak edirəm. Hər il bu proqrama qatılmağı sevirəm. Çünki Amerikada yaşayan müsəlman cəmiyyətin müxtəlifliyinin göstəricisidir.