Maide.az

ABŞ MKİ dünyanın ən çox silahlanan ölkələrinin adlarını açıqlayıb - Araşdırma

 ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA)  Ümumi Daxili Məhsula (ÜDM) nisbətdə büdcəsindən silahlanmaya daha çox vəsait sərf edən ölkələrin siyahısını açıqlayıb.   2017-ci ildə 610 milyard dollar məbləğində müdafiə xərcləri ilə ABŞ və Çin dünyada silahlanmaya ən çox pul xərcləyən ölkələrdən olub.   Silahlanmaya ən çox pul xərcləyən ölkələrin siyahısı belədir:   1. Oman ÜDM-nin 13,73%-ni silahlanmaya xərcləyib. 2. Cənubi Sudan ÜDM-nin 10,93%-ni silahlanmaya xərcləyib.   3. Səudiyyə Ərəbistanı ÜDM-nin 9,85%-ni silahlanmaya xərcləyib. Siyahının ilk onluğuna Konqo (7,17%), Əlcəzair (6,55%), BƏƏ (5,66%), İsrail (5,64%), Rusiya (5,40%), Küveyt (4,83%) və Livan (4,76%) da düşüb. Azərbaycan ÜDM-nin 3,64%-ni silahlanmaya xərcləməklə siyahıda 17-ci yeri tutub. /eastnews.org/