Maide.az

ABŞ mediası İranın hərbi gücündən yazdı

“Amerikan Business Insider” saytı hərbi hazırlığına görə dünyanın ən güclü ordularının siyahısını hazırlayıb.   Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, 15 ölkənin yer aldığı siyahıda İranın ABŞ mediası tərəfindən 8-ci pillədə göstərilməsi təəccüblə qarşılanıb.   Qeyd edilib ki, 82 milyon əhalisi olan İranda 47 milyon nəfər hərbi əməliyyatlarda iştirak edə biləcək hazırlıqdadır. Həmçinin, İran ordusunun Asiyada ən güclülərdən olduğu vurğulanıb.   Siyahıda Türkiyədə dünyanın ən güclü orduları arasında yer alıb.   Dünyanın ən güclü orduları: 1. Çin 2. Hindistan 3. ABŞ 4. Rusiya 5. Şimali Koreya 6. Pakistan. 7. Cənubi Koreya. 8. İran 9. Əlcəzair 10. Misir 11. Vyetnam 12. İndoneziya 13. Myanma 14. Kolumbiya 15. Türkiyə