ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Fransada seçki öncəsi namizədləri izləyib -YENİ SƏNƏDLƏR İFŞA OlUNUB
Vikiliks saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA)Fransada cəsusluq fəaliyyətinə dair daha bir ifşaedici sənəd yayımlayıb. Maide.Az RT-yə istinadən xəbər verir ki, həmin sənədlərə əsasən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Fransada 2012-ci ildə keçirilən seçkilərdən öncə bir neçə ay bu ölkənin siyasətçilərindən casusluq edib. Sənədlər göstərir ki, CİA bu müddətdə Fransanın bütün önəmli siyasi partiyalarını izləyib. CİA Fransanın həmin dövrdəki prezident Nikolya Sarkozinin partiyasının yenidən seçilməsindən əmin olmadığı üçün, öz casuslarına göstəriş verib ki, Sarkozinin digər namizədlərlə bağlı fikirlərini və onun müşavirləri ilə necə əməkdaşlığı haqqında məlumat toplasınlar. Məlumata görə, CİA əsasən Mərkəz-sağ UMP partiyası və partiyanın seçki proqramları və Sarkozinin seçki strategiyası haqqında məlumat toplayıb. Qeyd edək ki, bir qədər əvvəl də Vikiliks saytı ABŞ Milli Təhlükəsizlik Agentliyinin Fransada casusluq fəaliyyətinə dair ifşaedici məqalə dərc etmişdi. Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Agentliyinin Fransa prezidenti Fransua Olland və bu ölkənin sabiq dövlət başçılarını gizli şəkildə dinləməsi Fransa parlamentini kəşfiyyat təqbiləri ilə əlaqədar mübahisəli qanun layihəsini qəbul etməyə vadar etmişdi.